“Təbriklər üçün hər kəsə təşəkkür edirəm".
Bunu "Yeni Sabah"a Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev bildirib.
Bu gün İlham Əliyevin Sərəncamı ilə mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdü ilə təltif edilmiş Azərbaycan Kinematoqrafçılar İattifaqının (AKİ) üzvü qeyd edib: Pepperoni pizza
“Təxminən 15 dəqiqə öncə öyrənmişəm. Gözləmirdim. Mənim üçün çox sevindirici xəbər oldu. Zəng gələndə mağazada idim. Neçə illərdir ki, ümidlə yaşayırdım. Mənim üçün böyük uğurdur".
C.Mehdiyev əlavə edib ki, mayın 14-dən sonra Kino Fondda yubiley mərasimi və sonuncu filmi olan “Hacı Qara”nın təqdimatı olacaq:
"İstəyən hər kəs iştirak edə bilər”.
Qeyd edək ki, 2026-cı il üçün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.
Aydan Hacı
Telegram kanalımız