EN

Azərbaycanda DƏHŞƏT: yeniyetməni parkda zibil qabına atıb, videosunu TikTok-da yaydılar

Naftalanda yeniyetməni parkda döyərək videosunu yayıblar.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Heydər Əliyev parkında baş verib.

16 yaşlı İbrahim Musayev (ad və soyad şərtidir) parkda gəzərkən 3 tanışını görüb. İbrahim Onlardan biri zərərçəkən Elmir Kərimova (ad və soyad şərtidir) yaxınlaşaraq nə səbəbə anası barədə xoşagəlməz ifadələr səsləndirdiyini soruşub. Elmir etiraz etdikdə, İbrahim bu barədə əlində səs yazısı olduğunu deyib. Daha sonra o, əsəbiləşdiyi üçün digər iki tanışının köməyilə Elmiri yaxınlıqdakı zibil qabına atıblar. Tanışlarından biri hadisəni telefonla videoya çəkib. Elmir ərazidən uzaqlaşmaq istəyəndə isə İbrahim onu vuraraq yerə yıxıb.

Sonra hadisənin videosu tiktok sosial şəbəkəsində paylaşılıb.

Zərərçəkənin şikayəti əsasında İbrahim polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.2-ci (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddələri ilə protokol tərtib olunub.

İbrahim Musayev ifadəsində əməlindən peşman olduğunu, Elmirdən və onun anasından üzr istədiyini bildirib.

Zərərçəkənin qanuni nümayəndəsi isə şikayətçi olduğunu deyərək, həm İbrahimin, həm də Elmiri zibil qutusuna atanın cəzalandırılmasını xahiş edib.

Barəsində inzibati xəta üzrə icraat aparılan İbrahimin vəkili isə müvəkkilinin yeniyetmə olduğunu nəzərə alaraq ədalətli qərar verilməsini istəyib.

Məhkəmənin qərarı ilə İbrahim Musayev 500, ona kömək edən tanışı isə 400 manat məbləğində inzibati qaydada cərimələnib.

Chosen
22
16
heftelik.az

10Sources