EN

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Məşhur idmançı və məşqçi Dmitri İsayev Kaluqada güllələnərək öldürülüb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, qətllə bağlı iki nəfər həbs edilib. 

Dmitri İsayev bədii gimnastika üzrə idman ustalığına namizəd və funksional çoxnövçülük üzrə Rusiya çempionu idi. 

Məlumata görə, idmançıya atəş İJ tüfəngindən açılıb.

İsayev ölümündən bir müddət əvvəl həmkarlarına iki kişi ilə münaqişəsi barədə danışıb. İlkin məlumatlara görə, onlardan biri idmançının münasibətdə olduğu qadının keçmiş sevgilisi olub.

Cinayət işi açılıb.

Ağarza Elçinoğlu

Chosen
13
4
unikal.az

6Sources