EN

“Bu mükafat bizim üçün böyük stimuldur” Təyyar Bayramovdan prezidentə təşəkkür

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Əməkdar artist Təyyar Bayramov Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməsi münasibətilə sevincini bölüşüb.

Bu barədə Redaktor.az-a danışan sənətçi bildirib ki, bu cür yüksək qiymət sənət adamları üçün həm böyük stimul, həm də böyük məsuliyyətdir:

“Təbii ki, xoş təəssüratlardır. Əvvəla, cənab prezidentimizə təşəkkürümü bildirirəm. Bu, bizim üçün – sənət adamları üçün çox böyük stimuldur. Mən sənətimə verilən qiymətə görə təşəkkür edirəm. Bu gün üzərimizə böyük məsuliyyət düşür. Çox sevincliyəm”.

Təyyar Bayramov eyni zamanda Prezident mükafatına layiq görülən digər şəxsləri də təbrik edib və dövlətin sənət adamlarına göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib.

Əməkdar artistin sözlərinə görə, sənətə verilən dəyər yaradıcı insanları daha böyük həvəslə çalışmağa ruhlandırır.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources