EN

Gümüş kəskin bahalaşdı

“Comex” ticarət birjasında 2026-cı ilin iyul ayında təhvil verilməsi planlaşdırılan gümüş füçerslərinin dəyəri 20 apreldən etibarən ilk dəfə troy unsiyası üzrə 80 dollar həddini ötüb.
Yenicag.az  bildirir ki, bu, birjanın təqdim etdiyi rəsmi göstəricilərdən məlum olur.
Bakı vaxtı ilə saat 11:41-də qeydə alınan rəqəmlərə görə, bir troy unsiya gümüşün qiyməti 3.59% bahalaşaraq 80.08 dollar səviyyəsində qərarlaşıb.
Saat 11:51-ə olan göstəricilərdə isə fyuçerslərin artım tempi daha da yüksəlib və 80.21 dollar (+3.76%) təşkil edib.
Chosen
7
1
yenicag.az

2Sources