EN

Karapetyandan Paşinyana “göbələkli hücum” – mübarizə qızışır

“Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi, sahibkar və xeyriyyəçi Samvel Karapetyan mayın 7-də keçirdiyi mətbuat konfransında baş nazir Nikol Paşinyanı “halüsinogen göbələklər”dən istifadə etməkdə ittiham edib və onu aşağılayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Paşinyanın “siyasi axmaq” tipli bəyanatları və onun əmlakını müsadirə edəcəyi ilə bağlı vədləri ilə bağlı sualı cavablandıran Karapetyan qeyd edib ki, Paşinyanın özü 8 ildir ki, ölkəni bu vəzifədə idarə edir. “Sizə bir sirri açıb vermək istərdim, ona görə də çox fikir verməyin. Keçən il Çinə gedəndə orada göbələk restoranları var və bu göbələklər insanlarda hallüsinasiya yaradır. O, onları sınayıb, bəyənib. Məndə olan məlumata görə, o, bir ton qaytarıb”, - Karapetyan deyib. Onun sözlərinə görə, Paşinyan mətbuatdakı çıxışlarından əvvəl bu göbələklərdən istifadə edir, sonra bütün fantaziyalarını ortaya qoyur. “Bunlar göbələklərin fəsadlarıdır. Onları ciddiyə almayın. Hər şey həmişəki kimi gedir. O, zamanın təzyiqi altındadır. İyunun 7-də xalq mühakimə edəcək. Mən onun fantaziyalarını şərh etməyəcəm. O, 30 gün danışacaq. Mən hər gün bunları şərh etməliyəmmi”, - Karapetyan deyib. Göbələklərin istifadə müddətinə gəlincə, milyarder onları sınamadığını və bilmədiyini deyib. Bununla belə, Karapetyan əlavə edib ki, kəskinləşmələr istifadədən dərhal sonra başlayır.

Erməni mediası bildirir ki, Karapetyan digər ittihamlar da səsləndirib. Bildirib ki, Nikol Paşinyan yenidən baş nazir seçilsə, Ermənistan Azərbaycanın əyalətinə çevriləcək. O, bu iddianı Ermənistanı Rusiyanın quberniyasına çevirmək niyyəti ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Göründüyü kimi, seçkilərə bir ay qalmış mübarizə qızışır.

Elxan

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Ermənistanda seçki günü yaxınlaşdığıca rəqiblər arasında siyasi polemika gəlginləşəcək, hətta bir-birilərinə qarşı aşağılayıcı ifadələrdən istifadə edəcəklər: “Samvel Karapetyan özünü Paşinyana əsas rəqib kimi göstərməyə çalışır, erməni cəmiyyətinə bunu təlqin edir. Bu vəziyyətdə Robert Köçəryan, Serj Səksiyan, digərləri arxa planda qalıb. Amma Paşinyanın mövqeyi də bəllidir, Samvel Karapetyanı ümumiyyətlə, seçkiyə bıraxmaq istəmir. Çünki ikili-üçlü vətəndaşlığı var. Onun Rusiyanın və yunan Kiprinin vətəndaşlığı var. Sözdə desə də ki, guya bu vətəndaşlıqdan imtina edib, amma Ermənistan qanunlarına görə seçkiyə iştirak etmək üçün dörd il Ermənistanda yaşamaq lazımdır. Samvel Karapetyan isə uzun illər Rusiyada yaşayıb və bir neçə ildir Ermənistana qayıdıb. Qayıdıb deyəndə ki, Ermənistan və Rusiyadakı bizneslərini idarə edib. Paşinyan da onu seçkiyə bıraxmaq istəmir”. E.Şahinoğlu qeyd etdi ki, erməni milyarder seçkiyə bıraxılarsa, bu cür aşağılayıcı ifadələrdən göründüyü kimi, seçki günü və ondan sonra Ermənistan xaosa yuvarlana bilər: “Çünki radikal müxalifət seçkin nəticələrini tanımayacaq. Paşinyan qələbə çalarsa, davamlı mitinglər keçirməyə çalışacaqlar. Amma Paşinyan da bunun qarşısına alınması yolları barədə indidən düşünür”.

ELŞAD,
Musavat.com

Chosen
33
musavat.com

1Sources