EN

Prezident mükafatına layiq görülən Xalq artistindən ÖZƏL AÇIQLAMA

Xəbər verildiyi kimi Prezident İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

Mükafata layiq görülən mədəniyyət xadimlərindən biri də tanınmış aktrisa, Xalq artisti Naibə Allahverdiyevadır.

Sənətçi sevincini Bizim.Media ilə bölüşüb.

“Prezidentimizə təşəkkür edirəm. Allah ona can sağlığı versin. Ulu öndərimiz Heydər Əliyev dünyasını dəyişəndə, biz sənət adamları deyirdik ki, yetim qaldıq. İndi isə Prezidentimiz onun yolunu davam etdirir.

Necə ki, Ulu öndərimiz zəhmətkeşləri, sənət adamlarını çox sevirdi, diqqət və qayğı göstərirdi. Verilən mükafatların hamısı Heydər Əliyevin dövründən başlayıb. Bizim dəyərli Prezidentimiz də bu yolu davam etdirir. Onu çox sevirik. Bütün gözəl əməllərini dəstəkləyirik”.

Sara, Bizim.Media

Chosen
5
2
bizim.media

3Sources