EN

“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Trendyol”un Azərbaycandakı müştəriləri artıq  “Trendyol Plus” loyallıq proqramından istifadə edə bilirlər.

“Trendyol Plus” sayəsində  istifadəçilər xüsusi kampaniyalar, əlavə imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək rahat alış-veriş təcrübəsi qazanırlar.

Abunəlik Azərbaycanda ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir. Marqarita pizza

“Trendyol Plus” istifadəçiləri hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim olunan eksklüziv endirimlərdən yararlana bilirlər.

“Trendyol Plus”a qoşulma prosesi olduqca sadədir. Xidmət Trendyol mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər sadəcə “Trendyol Plus” bölməsinə daxil olaraq  bir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər.

Trendyol platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və bütün kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.


Telegram kanalımız
Chosen
16
15
yenisabah.az

10Sources