EN

"Jetour"un Azərbaycanda istehsalına başlanılıb

Azərbaycan şirkəti "AZƏRMAŞ GROUP" Çinin "Chery" şirkətinin "Jetour" markalı avtomobillərinin istehsalını başlayıb.

Bu barədə Marja.az Şirkətə istinadən xəbər verir.

"Tələbatın artması fonunda "Jetour" markalı avtomobillərin SKD (Semi Knocked Down) tipli istehsalına başlanılmış və satış dövriyyəsinin artırılması planlaşdırılır (ilk mərhələdə yalnız hazır avtomobillərin idxalı həyata keçirilirdi)", - Şirkətdən bildirilib.

Qeyd edək ki, "AZƏRMAŞ GROUP" istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb edir. Cəlb ediləcək vəsait "Jetour" markalı avtomobillərin istehsalı və satışı layihəsinin inkişafına xərclənəcəkdir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

azermaş groupjetour azərbaycanchery jetour istehsalıazərbaycan avtomobil istehsalıSKD istehsal sistemisemi knocked down avtomobiljetour avtomobilləri
Chosen
99
2
marja.az

3Sources