EN

​​​​​​​Bakıda “Invision Design Talks 2” Forumu keçiriləcək



Mayın 11-də Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” Forumu keçiriləcək.

Newscenter.az-ın məlumatına görə, memarlıq və dizayn sahəsinin aparıcı simalarını bir araya gətirəcək platformada müasir yanaşmalar, innovativ ideyalar və gələcəyin dizayn trendləri müzakirə olunacaq.

“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil olunan tədbir çərçivəsində beynəlxalq və yerli mütəxəssislər çıxış edəcək:

Spikerlər:

Sinan Kafadar / Metex Mimarlık
Sefer Çağlar / Autoban Mimarlık
Yeşeren Ersan / Yes Architects
Tusi Aliyev / PBA
Prof. Dr. Osman Arayıcı / Moderator

Bildirilib ki, “Invision Design Talks 2” bu il Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı çərçivəsində təşkil olunur. Tərəfdaşlığın dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyi qeyd edilir.

Tədbir çərçivəsində iştirakçılar dizaynın gələcəyinə dair yeni baxışlarla tanış olacaq, sahədəki son trendlər barədə məlumat əldə edəcək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.

Süleyman
Chosen
18
4
newscenter.az

5Sources