Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir.
"Report" xəbər verir ki, bunu Əməkdar artist Hicran Nəsirova deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi diqqət və qayğı göstərib: "Bu diqqət sənət adamlarını daha da ruhlandırır".
Səhhətində yaranan problemlər səbəbi ilə bir müddət film və tamaşalarda rol ala bilmədiyini diqqətə çatdıran aktrisa deyib: "Tamaşaçılarım üçün çox darıxmışam. Ümid edirəm ki, yenidən səhnədə və ekran qarşısında onlarla görüşəcəyəm. Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram".
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı Sərəncamla Hicran Nəsirovaya Prezidentin fərdi təqaüdü verilib.