Ankarada 36 yaşlı Serkan Aytaçın 93 yaşlı Zafer Savunu qarət etməsi təhlükəsizlik kamerasına düşüb.
Musavat.com xəbər verir ki, 15 cinayət qeydi olan şəxs yaşlı kişini təxminən 4 dəqiqə ərzində döyərək içərisində 7 min lirə olan cüzdanını əlindən alıb.
Məlumata görə, hadisədən sonra saxlanılan Serkan Aytaç barəsində həbs qətimkan tədbiri seçilib.
Musavat.com