EN

“Dedilər ki, vətəndaşlığını dəyiş, razılaşmadım”

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əməkdar artist Xəyyam Mustafazadə "Xəzər axşamı" verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi MDB məkanında öz səsinə bənzər ifaçının olmadığını iddia edib.

"Səsim bass baritondur. Azərbaycanda bass bariton demək olar ki, yoxdur. Mənim səsimdən isə MDB məkanında yoxdur. 2018-ci ildə 38 ölkə arasında birinci oldum. Finalda Çindən olan iştirakçıya qalib gəldim. Dərhal Aleksandrov Ansamblından (Rusiya silahlı qüvvələrinin rəsmi ordu xoru) məni çağırdılar ki, bizim solistimiz ol. Getdim, dedilər ki, vətəndaşlığımı dəyişməliyəm. Razılaşmadım ki, ölkəmizin Əməkdar artistiyəm. Bu necə ola bilər?". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
axsam.az

1Sources