EN

Ayla Osmanova: Prezident mükafatına layiq görülmək daha məsuliyyətlə çalışmağa böyük motivasiya verir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Prezident mükafatına layiq görülmək mənim üçün çox dəyərli və unudulmaz hadisədir. Sənət adamlarına göstərilən diqqətə və yaradıcılığımıza verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu etimad mənə daha məsuliyyətlə çalışmağa və yeni uğurlara imza atmağa böyük motivasiya verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında rejissor Ayla Osmanova səsləndirib.

O bildirib ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı yaxın gələcəkdə bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır.

“Hazırda yeni tamaşalar üzərində intensiv məşqlər aparılır. Repertuarımızda həm xarici müəlliflərin əsərləri, həm də milli dramaturgiyanın dəyərli nümunələri yer alacaq. Məqsədimiz tamaşaçılara fərqli duyğular yaşadan, düşündürən və sənət baxımından zəngin tamaşalar təqdim etməkdir. Ümid edirəm ki, qarşıdakı layihələrimiz də teatrsevərlərin marağına səbəb olacaq və sənət yolunda daha böyük uğurlar qazanacağıq”, – deyə A.Osmanova əlavə edib.

Müxbir - Fidan Əlizadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
azertag.az

2Sources