EN

Obamadan yadplanetlilərlə bağlı açıqlama

ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Obama Amerika hökumətinin yadplanetlilərin mövcudluğunu gizlədə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti sirr saxlamaqda o qədər də uğurlu deyil. Obama zarafatla deyib ki, əgər hər hansı hərbi bazada doğrudan da yadplanetli və ya UNO saxlanılsaydı, kimsə çoxdan onunla selfi çəkib sevgilisinə göndərərdi.

Sabiq prezidentin bu sözləri ABŞ-də UNO mövzusunun yenidən gündəmə gəldiyi vaxt səslənib. Son illərdə Pentaqonun videoları və Konqresdə keçirilən dinləmələr bu mövzuya marağı artırıb.

Bununla belə, ABŞ rəsmiləri indiyədək yadplanetlilərin mövcudluğunu təsdiqləyən birbaşa sübut təqdim etməyiblər.

 

Musavat.com

Chosen
1
19
musavat.com

10Sources