EN

Markus Tyuram A Seriyasında ayın ən yaxşı futbolçusu seçildi

“İnter”in hücumçusu Markus Tyuram İtaliya çempionatında aprelin ən yaxşı futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu ötən ay “İnter”in heyətində çempionatda keçirdiyi dörd oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Markus Tyuram mükafatını “İnter”in növbəti ev oyunundan əvvəl qəbul edəcək. Milan təmsilçisi mayın 17-də keçiriləcək qarşılaşmada “Verona” ilə üz-üzə gələcək.

Xatırladaq ki, “İnter” mayın əvvəlində “Parma”nı məğlub edərək vaxtından əvvəl İtaliya çempionu olub. Kristian Kivunun komandası qarşıda ölkə kubokunun finalında “Latsio” ilə qarşılaşacaq.

Chosen
66
90deqiqe.az

1Sources