ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda iş dünyasında kişi və qadınların maaş fərqini aradan qaldıracaq mühüm hüquqi addım atılıb. Yeni qaydalar işəgötürənlərin üzərinə konkret vəzifələr qoyur.Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli işləri görən əməkdaşlarına cinsindən asılı olmayaraq eyni məbləğdə əməkhaqqı ödəməlidir. Bu öhdəlik həm kişi, həm də qadın işçilər üçün bərabər iqtisadi imkanların yaradılmasını hədəfləyir.Qanunvericilikdə işin "bərabər dəyərli" sayılması üçün xüsusi meyarlar da müəyyən edilib. İşəgötürən bu qiymətləndirməni apararkən əmək şəraitini, işin xarakterini və rəsmi tarif-ixtisas kitabçalarındakı tələbləri əsas götürməlidir. Beləliklə, eyni çətinlikdə və eyni məsuliyyət dərəcəsində olan fərqli iş sahələrində də maaşların balanslaşdırılması tələb olunur.Yəni, artıq rəhbər şəxslər eyni işi görən və ya eyni dərəcəli məsuliyyəti olan qadın və kişi işçilər arasında maaş fərqi qoya bilməyəcəklər, əməkhaqqı fərqliliyi yalnız peşəkarlıq və işin ağırlığı ilə əsaslandırılmalıdır.Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.