ABŞ ilə İran arasında atəşkəs rejimi ABŞ-ın İslam Respublikasındakı hədəflərə zərbələr endirməsinə baxmayaraq, hələ də qüvvədədir.
Bu barədə ABŞ prezidenti Donald Tramp ABC News jurnalisti Reyçel Skotta deyib.
"Xeyr, atəşkəs davam edir, qüvvədə qalır", - deyə o bildirib.
D. Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə edilən hücumlara cavab olaraq ABŞ ordusunun hərəkətlərini "yüngül itələmə" adlandırdı.
Trend
Tarix: 8 May 2026, 07:23