EN

Tramp: İran nüvə tozunu ABŞ a təhvil verməyə hazırdır

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İranla nizamlanma təklifi Tehranın nüvə silahından imtinasını və Birləşmiş Ştatlara "nüvə tozu" təhvil verməsini nəzərdə tutur.

Xalqcebhesi.az xəbər verir ki, Amerika liderinin sözləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

"Bu, sadəcə birsəhifəlik təklifdən daha böyük bir şeydir. Bu, mahiyyətcə onlarda nüvə silahının olmayacağını deyən bir təklifdir. Onlar bizə "nüvə tozunu" və istədiyimiz bir çox başqa şeyləri təhvil verəcəklər", — deyə Tramp bildirib.

Tramp "nüvə tozu" dedikdə, ABŞ-ın 2025-ci ilin iyununda havadan zərbələr endirdiyi İsfahan, Nətənz və Fordo nüvə obyektlərindəki yüksək dərəcədə zənginləşdirilmiş uranı nəzərdə tutur.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources