Bu ilin 2-ci yarısından etibarən ABB Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkənin bazarında fəaliyyətə başlayacaq.
Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Sərd qeyd edib ki, Özbəkistan bazarında özəl bir bankın nəzarət səhmlər paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlar müsbət yekunlaşıb.
"Nəzarət səhmlər paketini əldə etmək istədiyimiz bank Özbəkistanın özəl banklarından biridir, adı isə "Davr Bank"dır. İcazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirməyə nail olsaq, ölkəmizin beynəlxalq bank brendi olan ABB bu ilin ikinci yarısından etibarən Özbəkistan bazarında "ABB Davr Bank" adı ilə təmsil olunmağa başlayacaq",- deyə Abbas İbrahimov əlavə edib.