"2005–2025-ci illÉ™r üzrÉ™ ümumi statistikaya nÉ™zÉ™r yetirdikdÉ™, insan alveri qurbanlarının mütlÉ™q É™ksÉ™riyyÉ™tinin qadınlar olduÄŸu müşahidÉ™ olunur.Â
Hakimiyyet.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.
O qeyd edib ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub:  "Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir.
Cinayətkarların strukturu da diqqətçəkəndir-2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub. Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun,  cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir".
Mürtəza