Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Dünyada gedən proseslər deməyə əsas verir ki, gec-tez nəqliyyatda neft məhsullarının istifadəsi minimuma enəcək”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında iqtisadçı İsmayıl Qaşqay deyib:
“Artıq gəmilər yanacaq kimi istifadə edilən mazutdan mayeləşdirilmiş təbii qaz istifadəsinə keçirilir, gələcəkdə avtomobil nəqliyyatının da elektromobillərə deyil, məhz kütləvi şəkildə mayeləşdirilmiş təbii qaz yanacağına keçiriləcəyi gözlənilir.
Bu nöqteyi nəzərdən avtobuslarda, yük maşınlarında, sənaye və dəniz nəqliyyatında, şəhər minik nəqliyyatında gələcəyin inkişafı qaz mühərriklərinin tətbiqi ilə baş verəcəkdir desək yanılmarıq”.
O əlavə edib ki, hazırda dünyamız qlobal liderlərin dəyişməsinə səbəb olan bir keçid mərhələsindədir:
“Vaxtilə əsas yanacaq növü kimi istifadə edilən kömür İngiltərəni böyük bir imperiya etmişdi.
Neft isə Şimali Amerikanı kənd təsərrüfatı ölkəsindən Britaniyanı taxtdan salan yeni bir super gücə çevridi.
Bugünkü gün ABŞ-nin vəzifəsi heç də qaz ehtiyatları üzrə aparıcı ölkələr olan Rusiya və İranı demokratikləşdirmək deyil, qlobal liderliyin dəyişməsinə imkan verməmək üçün daha çox onları nəzarətdə saxlamaqdır”.
Şəbnəm
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.