EN

Arda Turan Qalatasaray da? Özündən açıqlama

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynaının "Şaxtyor" (Donetsk) klubu UEFA Konfrans Liqasının yarımfinalında İngiltərə "Kristal Palas"ına iki oyunun nəticəsinə görə məğlub olaraq turnirdən kənarlaşıb. Demokrat.az xəbər verir ki, Ukrayna klubunun baş məşqçisi Arda Turan oyundan sonra ilk olaraq rəqibi təbrik edib:"Əvvəlcə "Kristal Palas"ı və onların baş məşqçisini təbrik edirəm. Çox yaxşı iş gördülər və istədiklərinə nail oldular. Bir komanda sizi məğlub edib Avropa kubokunda finala çıxırsa, bu, adətən daha doğru qərarlar verdikləri və daha yaxşı performans göstərdikləri deməkdir. Ona görə də rəqibimizi təbrik edirəm. Biz isə çox üzgünük. Bu nəticəni qəbul edə bilmirəm. Yarımfinal mərhələsində bunu qəbul etmək istəmirəm. Çünki bu gün, mənim fikrimcə, bu mərhələni keçə biləcək səviyyədə oynadıq və göründüyündən daha yaxın idik"."Bu həyatın və futbolun bir hissəsidir. Bəzən belə olur. Bu oyundan dərs çıxaracağıq və dəyərli təcrübə qazanacağıq. Heç vaxt geri addım atmayacağıq. Oyunçularımla və Avropadakı yolumuzla qürur duyuram. Bu mövsüm oynadığımız 20 Avropa matçı ilə insanlara ümid verməyə çalışdıq. Buna görə futbolçularımla fəxr edirəm", deyə Turan qeyd edib."Qalatasaray"ın baş məşqçisi olacağı barədə sualı cavablandıran Arda deyib:"Bu mövzu barədə danışmaq mənim üçün rahat deyil. Mən "Qalatasaray" akademiyasından yetişmiş biriyəm və hazırda klubun tarixi uğurlar qazanan mükəmməl bir baş məşqçisi var. Biz onu dəstəkləyirik. Hazırda "Qalatasaray" üçün ən yaxşı seçim Okan Burukdur. Mənim və yaxınlarımın ağlında belə bir məsələ olmayıb".Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
demokrat.az

1Sources