EN

Polşa diplomatlarını Kiyevdən təxliyə etməyəcək

Polşa diplomatlarını Kiyevdən təxliyə etmək niyətində deyil.

Herbiand.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, Varşava Ukrayna paytaxtındakı Polşa səfirliyinin iş saatlarını və ya iş həcmini dəyişmək niyyətində deyil. XİN nümayəndəsi həmçinin diplomatik heyətin heç bir planlaşdırılmamış rotasiyalarının nəzərdə tutulmadığını da açıqlayıb.

Eyni zamanda, Avropa İttifaqı da diplomatik nümayəndəliklərini Kiyevdən təxliyə etməmək qərarına gəlib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
7
herbiand.az

1Sources