EN

Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirilir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndərin zəngin dövlətçilik irsi, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri böyük ehtiramla yad edilir. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycanın tərəqqisinin əsasını təşkil edir. Onun milli maraqlara söykənən siyasi kursu ölkəmizin beynəlxalq nüfuzunun güclənməsində mühüm rol oynayıb. Bu çərçivədə dünyanın müxtəlif ölkələrində mədəni və ictimai tədbirlər təşkil olunur.

Musavat.com xəbər verir ki, Yaponiyada Azərbaycan Respublikasının Səfirliyində Beynəlxalq Mübadilə Təşkilatının dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

Tədbirdə Ulu Öndərin əvəzsiz irsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi rolu, ölkəmizin inkişafı və tərəqqisinə verdiyi davamlı töhfələr ehtiramla yad edilib.

Azərbaycanın milli tar ifası və rəqsinin Yapon musiqisi və rəqsi ilə vəhdətdə təqdim olunması Azərbaycan ilə Yaponiya arasında dostluq, qarşılıqlı hörmət və mədəni mübadilə ruhunu əks etdirən xüsusi bir ab-hava yaradıb.

Qeyd edək ki, Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərin qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Nigar Həsənli
Musavat.com

Chosen
31
musavat.com

1Sources