EN

Almaniyada “Volksbank”ın inkassator avtomobilinin sürücüsü girov götürülüb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Leypsiq, 8 may, AZƏRTAC

Almaniyanın Raynland-Pfalts əyalətinin Zinsiq şəhərində “Volksbank”ın filialında inkassator avtomobilinin sürücüsü silahlı şəxslər tərəfindən girov götürülüb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar polis tərəfindən genişmiqyaslı əməliyyatı keçirilir. Polis hadisədə bir neçə silahlı şəxsin iştirak etdiyini ehtimal edir.

Məlumata görə, naməlum şəxs sürücünün qarşısını kəsərək, onu hədələyib və banka daxil olub. Hazırda girov götürən şəxslərin və sürücünün bankın xəzinə otağında olduğu bildirilir.

Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub, şəhər mərkəzi mühasirəyə alınıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Leypsiq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
2
azertag.az

3Sources