ain.az bildirir, Cebheinfo portalına istinadən.
Hollivudun məşhur aktyoru Mark Hamill ilə ABŞ Prezidenti Tramp arasında gərginlik sosial şəbəkədə edilən paylaşım sonrası yenidən alovlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Trampı məzarda göstərən süni intellekt görüntüsünü paylaşan Hamillə Ağ Ev sərt reaksiya verib.
“Ulduz müharibələri” film seriyasında Lyuk Skayuoker obrazını canlandıran və “Betmen” animasiya seriyasında Coker obrazını səsləndirən Mark Hamill Bluesky sosial media hesabında Trampın məzarda uzandığını əks etdirən süni intellekt görüntüsünü paylaşıb.
“Hollywood Reporter” jurnalının məlumatına görə, görüntüdə Trampın arxasındakı başdaşında “1946–2024” yazılıb. Paylaşımda isə yalnız “Kaş ki” sözləri yazılıb.
Hamill paylaşımında Trampın “ara seçkilərdə ağır məğlubiyyət yaşayacaq qədər uzun ömür sürməli olduğunu”, “işlədiyi cinayətlərə görə cavab verməli olduğunu” və “tarix kitablarında rüsvay olmuş biri kimi xatırlanacağını” bildirib. Hamill həmçinin Tramp haqqında “dələduz” ifadəsini işlədib.
Ağ Evin “Rapid Response 47” adlı kommunikasiya hesabı Hamillin paylaşımının görüntüsünü yayımlayaraq aktyoru hədəf alıb.
Açıqlamada “Bu radikal solçu dəlilər özlərini saxlaya bilmirlər. Bu cür ifadələr son iki ildə prezidentimizə qarşı sui-qəsd cəhdlərinə ilham verir” sözləri yer alıb.
Ağ Ev həmçinin Hamilli “xəstə bir fərd” adlandırıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.