EN

FHN Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi, Nazirliyin məsul vəzifəli əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantlar iştirak ediblər.

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Chosen
62
publika.az

1Sources