EN

Mayın 11-i "802 Qaynar Xətt"i vətəndaşlara xidmət göstərəcək

Bakı, 8 may, AZƏRTAC

“802 Qaynar Xətt”i cari il mayın 11-də, yəni qeyri-iş günü vatsap vasitəsilə fəaliyyətini davam etdirəcək.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar rəsmi vatsap nömrəsi (055) 600 08 02 vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

Chosen
17
3
azertag.az

4Sources