EN

Kaşkilya üzr istədi

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İmişli” Misli Premyer Liqasının 31-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova yaxınlaşıb görüşmədiyim üçün üzr istəyirəm. Matça gəlincə, ədalətli mübarizə getdi. Hər iki komanda qol vurmağa, qələbə qazanmağa çalışırdı. Birinci hissə haqqında danışanda yaxşı oyun göstərdiyimizi deyə bilərəm. “Zirə”dən daha çox qol şansı yaratdıq. Rəqibin 2 real qol imkanı oldu. Lakin fərqlənə bilmədi. Biz də həmçinin, fürsətləri boşa verdik. Rəqabətli keçən ilk hissənin ardından ikinci 45 dəqiqə də eyni atmosferlə davam etdi. İkinci hissənin xüsusilə ikinci 20 dəqiqəsindən sonra “Zirə” daha fəal oyun nümayiş etdirdi, uzun paslarla oyunamağa başladı. Buna görə də hücum xəttimizi bir az arxaya çəkməli olduq. Fikrimcə, bu oyun üçün hesab tam ədalətlidir. Çempionatda “Zirə”yə qarşı üç oyun keçirmişik və hamısında bərabərə qalmışıq. Çempionatda komanda ilə yaxşı oyunlar keçirmişik. Bunun üçün oyunçularıma təşəkkür edirəm. Bütün matçlarda sona qədər mübarizə apardılar. Texniki heyətin də işini yüksək qiymətləndirirəm, “çox sağ ol” deyirəm. Onlar futbolçulara inandılar, futbolçular da  onlara inandı və çempionatın sonlarını yaxşı formada keçiririk.

– Ev oyunlarınızı başqa stadionda keçirsəydiz, “İmişli” daha yuxarı pillələrdə ola bilərdi?

– Bilmirəm. Bizim meydanımız buradır, burada oynamalıyıq. Əlimizdən gələni etdik.

– Mətbuatda yayılan xəbərlərə görə, klub rəhbərliyi növbəti mövsüm üçün ispaniyalı məşqçi ilə anlaşıb. Bununla bağlı nə deyə bilərsiz?

– Bu barədə nəsə deyə bilmərəm.

Murad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
futbolpress.az

1Sources