EN

Lənkəranda polis əməkdaşları futzal turnirinin qalibi oldu » AzadMedia.az


Lənkəranda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futzal turnirinin final oyunları keçirilib.

Mayın 8-də Lənkəran Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş idarə, müəssisə və təşkilatların komandaları arasında futzal turnirinin final oyunları keçirilib.

16 komanda arasında gərgin mübarizə şəraitində keçən turnirin sonunda 1-ci yeri Lənkəran Şəhər Rayon Polis Şöbəsinin komandası, 2-ci yeri “Azəriqaz İB” Lənkəran Regional Qaz İstismarı İdarəsinin komandası, 3-cü yeri Lənkəran Dövlət Universitetinin komandası tutub.
Chosen
4
1
azadmedia.az

2Sources