EN

Pul bitəndə əsl futbol başlayır - Hər kəsin bilməli olduğu HADİSƏ

Dövlət dotasiyasının daha çox infrastruktura yönəldilməsi məqsədə uyğun olardı.

Ümumiyyətlə, imkanlı klublarımız infrastruktur qurmağa və akademiya yaratmağa təşəbbüs göstərməlidir.

Əgər bu günümüzü xilas etmək yox, gələcəyimizi qurmaq barədə düşünürüksə, milyonlar əcnəbilərə axıdılmalı deyil.

Bu məzmunda yazılarım, çıxışlarım çox olur.

Razılaşan, dəstək nümayiş etdirən izləyicilərimiz hər zaman çoxluq təşkil edir.

Amma bəzən "pul yoxdusa, futbol da yoxdur " kimi rəylər görürəm.

Kökündən yanlış yanaşmadır.

Nümunə ilə deyək daha anlaşılan olsun.

"Qəbələ" bir vaxtlar ölkənin ən imkanlı 2-3 klubundan biri idi.

Avropa Liqasının qrup mərhələsində iki dəfə çıxış etdi.

Artıq 7 ildi böyük büdcə yoxdur.

Amma "Qəbələ" məhdud imkanlarla yaşayır.

Pulu olanda qurduğu infrastrukturdan istifadə edir.

Yaratdığı akademiyanın uşaqlarına illərdi bel bağlayır.

Və ən əsası qeyd etdiklərimdən təkcə özü faydalanmır.

Bütün ölkə futbolu Qəbələnin futbol hovuzundan qidalanır.

Aşağl-yuxarı ölkədəki bütün klubların heyətində "Qəbələ"nin yetirməsi çıxış edir.

Pullu vaxtlarda qurulan infrastrukturdan AFFA millinin bütün yaş qruplarının təlim-məşq toplanışında istifadə edir. Digər klublarımız yay-qış fasiləsində bura üz tutur.

Qısası, pul bitəndə futbol bitmir, əksinə onda başlayır, onda sənin əsl xidmətlərin üzə çıxır.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
25
sportinfo.az

1Sources