ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Kubokunun finalında “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:
“Bizə qarşı çox yaxşı təşkilatlanmış “Sabah” görəcəyik. Avropa Liqasına getmək və ilk titul baxımından vacib oyundur onlar üçün. Biz də titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.