EN

"SEPAH" müharibədən qazanc əldə etdikcə, xalq daha da bədbəxtləşir..."-Güney Azərbaycan... +VİDEO

Qərbi Azərbaycan(Güney Azərbaycanın Qərb hissəsi-S.L.) əyalətində insanlar ağır iqtisadi böhrandan əziyyət çəkir.
 
Moderator.az xəbər verir ki, bu haqda "Azad İran" telegram-kanalı məlumat yayıb.
 
Videoda danışan şəxs deyir: "Baxın, mən hər gün bu küçədən keçirəm və iş axtaran bu bədbəxtlərin növbəsi günü-gündən uzanır. Hər gün bu insanlara bir qrup yenisi də əlavə olunur, işsizliyə yuvarlanırlar.
 
"SEPAH" (İslam İnqilabı Keşikçiləri Korpusu) müharibədən qazanc əldə etdikcə, xalq daha da bədbəxtləşir.
Həm abır-həyalarını itirirlər, həm də süfrələrindən çörəkləri kəsilir, həyatları alt-üst olur.
Onlar müharibə axtarışındadırlar, biz xalq isə burada bir tikə çörəyə möhtac qalmışıq. Adam nə desin? Həqiqətən, 'sağ ol' SEPAH, 'əhsən' sənə!"

 

S.Laçın
 
Chosen
44
1
moderator.az

2Sources