Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 9 may, AZƏRTAC
ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotik ticarətində istifadə olunduğunu təsdiqləyib.
Zərbə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə sağ qalıb. ABŞ Cənub Komandanlığı axtarış-xilasetmə əməliyyatının başlanması üçün Sahil Mühafizəsini məlumatlandırıb. Hadisə zamanı ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Pentaqon rəhbəri Pit Heqset 2025-ci ilin noyabrında narkotik kartellərinə qarşı mübarizə məqsədilə “Cənubi Nizə” əməliyyatının başladıldığını elan etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.