EN

Mahir şans qazandı, "Kayzerslautern" qələbə

nAlmaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.

xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Arminiya Bilfeld”i qəbul edib. Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub.

“Kayzerslautern” - “Arminiya Bilfeld” - 2:0
Qollar: Ritter, 15-pen., Asta, 29

Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli, 65-ci dəqiqədə Norman Bassettenin əvəzinə meydana çıxıb. Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də “Düsseldorf”la görüşdə forma geymişdi.

Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Kayzerslautern” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Chosen
7
5
football-plus.az

6Sources