Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Arminiya”nı qəbul edib.
Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub – 2:0.
Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli, 65-ci dəqiqədə meydana çıxıb. Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də “Fortuna” ilə görüşdə forma geyinmişdi.