EN

Günün fotosu – xarici ali qonaqların 27-dən 4-ə düşməsi...

9 may 2026-cı il. Moskva. Qırmızı meydan. Qələbə paradı. Fotoda Rusiya Federasiyasının prezidenti Vladimir Putin və onun əcnəbi qonaqlarıdır.

Bu il qonaq sarıdan kasadlıqdır. 2025-cı ildə nasizm üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi mərasiminə 27 ölkədə ali qonaq gəlmişdi.

foto-80.JPG

Bu il Moskvaya xaricdən gələn ali qonaqların sayı 5-i keçmir. Hətta diqqətlə saysaq, 5-ə çatmır.

Kremlin builki qonaqları bunlardır: Belarus prezidenti Aleksandr Lukaşenko; Laos prezidenti Tonqloun Sisulit; Malayziyanın ali hökmdarı Sultan İbrahim; Slovakiyanın baş naziri Robert Fiko.

Rus təbliğatçılar “xarici qonaq”ların siyahısına tanınmamış Cənubi Osetiyanın prezidenti Alan Qaqloyevi və tanınmamış Abxaziyanın prezidenti Badra Qunbanı da salırlar. Ancaq onların “xarici”liyi Həştərxanın və ya Kemerovonunku qədərdir.

Rəsmi informasiyalarda Abxaziya və Cənubi Osetiyanı “qismən tanınmış dövlət” adlandırırlar. Onları isə Rusiya, Nikaraqua, Venesuela, Nauru və Suriyadan başqa heç bir ölkə tanımır.

madur.JPG

Venesuela demişkən, 1 il öncə 9 mayda Qələbə paradına tamaşa edənlər arasında Venesuelanın prizenti Nikolas Maduro da vardı. Bu il o, ABŞ-də “qonaq”dır və paradlıq halda deyir.

Nasizm üzərində qələbənin 81-ci ildönümünün bu cür keçirilməsi, söz yox ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlıdır.

2022-ci ildə başlanmış müharibənin ilk illərindən fərqli olaraq, artıq Moskva təhlükəsiz şəhər deyil. Son günə qədər Ukrayna tərəfi 9 may günü Moskvaya dron hücumu təşkil edəcəyini bəyan edirdi və bu hədə həm xaricdən qonaq dəvət edən Kremlin qolunu soyudurdu, həm də Moskvaya gəlmək istəyən qonaqların ovqatına mənfi təsir edirdi.

Nəhayət, dünən axşam Ukrayna prezidenti Vladimir Zelenski xüsusi fərman imzalayaraq, Moksvada qələbə paradının keçirilməsinə “icazə verdi”.

Bu, ironik fərman idi, Kremlə sataşmaq idi. Ancaq RF rəhbərliyi bu tikanlı fərmana uyğun cavab verəcək halda deyildi. Ruslar bunun qisasını sonrakı günlərdə almaq istəyəcəklər.

Musavat.com

 

Chosen
20
1
musavat.com

2Sources