EN

Matça doğru: “Qarabağ”da ciddi itkilər, “Qəbələ” rahatdır  

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komandada görüş öncəsi bir itki var. Sissoko zədə səbəbindən matçı buraxacaq.

Ağdam təmsilçisində isə Bəhlul Mustafazadə, Joni Montiel, Musa Qurbanlı və Şahruddin Məhəmmədəliyev zədəlidir. Əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevlə Abbas Hüseynov da görüşü buraxacaqlar.

“Qəbələ” – “Qarabağ” matçı bu gün saat 17:00-da start götürəcək.

Chosen
35
idmanxeber.az

1Sources