EN

“Fal”-ına baxdırdı 9700 manatını itirdi

Edirnədə yaşayan G.G. internet üzərindən fal baxdırmaq istəyəndə dələduzların hədəfi olub.

Day.Az yerli mediaya istinadən xəbər verir ki, Türkiyədə WhatsApp vasitəsilə əlaqə saxlayan şəxslər ondan əl fotoşəkli və şəxsiyyət məlumatları tələb edib.

Daha sonra isə ailəsinə pis hadisələr baş verəcəyi ilə qorxuducu mesajlar göndəriblər.

Dələduzlar "qoruma" adı altında 257 min 300 TL (təxminən 9700 manat) tələb ediblər. Pul göndərdikdən sonra aldanan G.G. polisə müraciət edib.

Hadisə ilə bağlı Edirnə polisi araşdırma aparır və məsələ üzrə təhqiqat davam edir.

Chosen
94
day.az

1Sources