EN

Veteranlar Heydər Əliyevin abidəsini ziyarət ediblər

9 may 2026-cı il tarixində  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ümummilli Liderin məzarını ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, veteranlar məzar önünə əkil qoyub, Ulu Öndərin xairəsini ehtiram hissi ilə yad ediblər.

Daha sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsini ziyarət edilib, abidə önünə əkil və gül dəstələri qoyulub. Ziyarətçilər qarşısında çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədir polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsində Həzi Aslanovun göstərdiyi igidliklər bütövlükdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə sərgilədiyi misilsiz qəhrəmanlıqlara bariz nümunədir.

Veteranlar İkinci Dünya müharibəsində partizan dəstələrində faşizmə qarşı döyüşmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Bakıdakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Mehdi Hüszeynzadənin xatirəsi ehtiramla yad edilib.

Chosen
3
5
redaktor.az

6Sources