Şəki-Oğuz sərhədində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkan yerli vaxtla 14:35-də baş verib. 35 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.