EN

Denver hava limanında sərnişin təyyarəsi piyadanı vurub

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Denver hava limanından Los-Ancelesə uçmağa hazırlaşan “Frontier Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı bir nəfəri vurub. Hadisədən sonra sərnişinlər təxliyə edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "ABC News" telekanalı hava limanının açıqlamasına istinadən məlumat yayıb.

Açıqlamada bildirilir ki, hadisə 2026-cı il mayın 8-də yerli vaxtla saat 23:19-da Denver Beynəlxalq Hava Limanında baş verib. “Frontier 4345” reysi havaya qalxarkən uçuş zolağında olan piyadanı vurub.

Telekanalın məlumatına görə, toqquşmadan sonra göyərtəsində 231 nəfərin olduğu təyyarənin mühərrikində qısa müddətli yanğın baş verib. Sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub və yanğın söndürülüb.

“Frontier Airlines” şirkətinin bəyanatında qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır və hava limanı ilə digər təhlükəsizlik qurumları ilə koordinasiyalı şəkildə əlavə məlumat toplanır.

Denver Polis Departamenti təyyarənin vurduğu şəxsin kimliyi və vəziyyəti barədə hələlik məlumat verməyib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
icma.az

1Sources