EN

“Zirə”nin futbolçusu üçün 200-cü oyun

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 31-ci turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub. O, turnirdə 200-cü oyununu keçirib. 

QOL.az PFL-ə istinadən xəbər verir ki, gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.

Debütü 2018/19 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, “Qəbələ”də 27 (7 qol), “Sabah”da 63 (16 qol), “Zirə”də 110 (37 qol) matçın iştirakçısı olub.

Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.

Chosen
12
9
teleqraf.com

10Sources