EN

Keniyada qızıl mədəninin çökməsi nəticəsində 15 nəfər ölüb

Keniyanın şimal-qərbində qeyri-qanuni qızıl hasilatı aparılan şaxtanın çökməsi nəticəsində azı 15 nəfər ölüb.

“Anadolu” agentliyinin məlumatına görə, ölənlər arasında 10 qadın var. Daha 12 nəfər sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Hadisənin böyük qayanın düşməsi nəticəsində şaxtanın divarlarının çökməsi səbəbindən baş verdiyi bildirilir.

2Sources