
İran Futbol Federasiyası 2026-cı il Dünya Kubokunda iştirak üçün zəmanət tələb edib və 10 şərt irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
“Biz mütləq 2026-cı il Dünya Kubokunda iştirak edəcəyik, amma ev sahibi ölkələr bizim narahatlıqlarımızı nəzərə almalıdırlar. Biz turnirdə iştirak edəcəyik, amma inanclarımızdan, mədəniyyətimizdən və baxışlarımızdan əl çəkməyəcəyik”, - İran Futbol Federasiyasının açıqlamasında deyilir.