EN

Magyar yeni qurum yaradır: Son 20 il araşdırılacaq

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illərdə Macarıstanda törədilən potensial korrupsiya cinayətlərinin müəyyən edilməsi üçün Milli Aktivlərin Bərpası və Qorunması Orqanı yaradılacaq.

Axar.az xəbər verir ki, Macarıstanın yeni baş naziri Peter Magyar parlementin ilk iclasında deyib.

"Bu, ən vacib qurumlardan biri sayılacaq. Onun vəzifəsi son 20 ildə dövlət əmlakına təsir edən sui-istifadə hallarını müəyyən etmək olacaq. Belə ki, yeni qurum korrupsiya sxemlərini araşdıracaq, aktivləri geri qaytaracaq və cinayət işlərini aşkar etməyə kömək edəcək.

Bundan əlavə, idarə qanunsuz olaraq əmlak əldə edənlərə qarşı tədbir görəcək", - deyə Magyar bildirib.

Magyarın sözlərinə görə, idarə parlamentə hesabat verən müstəqil bir dövlət qurumu kimi fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
axar.az

1Sources