EN

“Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur”

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılın Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.

Publika.az xəbər verir ki, kənd sakinləri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:

Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.

Sakinlər: Bəli. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.

Chosen
86
11
publika.az

10Sources