EN

Dünyada neft ehtiyatları tükənir: Qlobal bazarda kəskin qıtlıq təhlükəsi

Bloomberg agentliyinin məlumatına görə, İranda davam edən müharibə səbəbindən Fars körfəzindən tədarükün məhdudlaşması fonunda dünya neft ehtiyatları rekord sürətlə tükənir.

Musavat.com xəbər verir ki, ehtiyatların sürətlə azalması qiymətlərin kəskin sıçrayışı və defisiti daha da yaxınlaşdırır.

Agentlik qeyd edir ki, dövlətlərin və sənaye sahələrinin bir milyard barreldən çox tədarük itkisinin fəsadlarını yumşaltmaq imkanları getdikcə daralır. "Morgan Stanley"in qiymətləndirmələrinə istinadən bildirilir ki, martın 1-dən aprelin 25-nə qədər olan dövrdə dünya neft ehtiyatları gündəlik təxminən 4,8 milyon barrel azalıb. Bu göstərici Beynəlxalq Enerji Agentliyinin (BEA) qeydə aldığı əvvəlki rüblük azalma rekordlarını əhəmiyyətli dərəcədə üstələyir.

"Goldman Sachs"ın məlumatına görə, son günlərdə ehtiyatların azalma tempində müəyyən zəifləmə əlamətləri müşahidə olunur. Bank bunu dünyanın ən böyük neft idxalçısı olan Çində tələbatın azalması ilə əlaqələndirir. Bununla belə, görünən qlobal xammal ehtiyatları artıq 2018-ci ildən bəri ən aşağı səviyyəyə yaxınlaşıb.

Mayın 6-da Bloomberg agentliyi aprel ayında OPEK ölkələrində neft hasilatının son 36 ilin minimumuna düşdüyü barədə məlumat yayıb. Hesabatda qeyd olunub ki, Küveyt və İrandakı ciddi itkilər fonunda hasilat sutkada 420 min barrel azalaraq 20,55 milyon barrela enib.

Musavat.com

Chosen
22
2
musavat.com

3Sources