Almaniyanın Hamburq şəhərində məhkəmə propələstin aksiyasının nasist dövründə yəhudilərin deportasiya edildiyi ərazi yaxınlığında keçirilməsinə icazə verib.
Musavat.com xəbər verir ki, aksiya Dammtor vağzalı yaxınlığında təşkil olunub.
Məhz bu ərazidən Üçüncü Reyx dövründə minlərlə yəhudi konslagerlərə göndərilmişdi.
Polis etiraz düşərgəsinin başqa yerə köçürülməsini tələb etsə də, məhkəmə təşkilatçıların baxışlarının aksiyanı qadağan etmək üçün əsas sayıla bilməyəcəyini bildirib.
Yəhudi icması və İsrail səfirliyi isə baş verənləri “son dərəcə narahatedici siqnal” adlandırıb.
Musavat.com